Mədənçilik sənayesi Bitcoin bazarının düzgün formada işləməsini təmin edən əsas fəaliyyətdir. Ancaq digər sənayelər kimi kriptovalyuta mədənçiliyi də elektrik enerjisi sərf edir.
Dünyanın hər yerində mədənçilik əməliyyatları təşkil olunur. Bunların sayının daha da artacağı gözlənilir. Bunun ən böyük səbəblərindən biri Bitcoin-in möhkəmlənməsi və daha da artacağına olan inamdır. Mədənçilik aparan avadanlıqlar artdıqca balans köçürmələrinin emal sürəti də artır.
Bildiyiniz kimi, Bitcoin mədənçiliyi doğru sərmayə ilə olduqca gəlirli bir hal ala bilər. Bitcoin-in qiymətinin 15000 dolları keçdiyini fərz etsək, mədənçiliyin də nə qədər faydalı olacağını təsəvvür etmək olar. Təbii ki, hər fabrik kimi mədənçilik edən qurumlar da bəzi qaynaqlara bağlıdır. Mədənçilik üçün bu qaynaqlardan ən önəmlisi elektrik enerjisidir, üstəlik aşırı miqdarda olan enerji.
Böyük Britaniyada yerləşən “Power Compare” adlı şirkət Bitcoin-in son dövrlərdə artan qiymətinin istifadə edilən elektrik enerjisinin də artmasına səbəb olduğunu bildirib.
“Digiconomist”-in açıqlamasına görə, Bitcoin və Bitcoin Cash-in mədənçiliyində istifadə olunan elektrik enerjisi 32 teravatt/saat kimi olduqca böyük bir göstəricini əks etdirir. Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, bu ölkənin elektrik sərfiyatını 42 gün qarşılaya bilər. “Digiconomist”-in verdiyi açıqlamaya görə, mədənçilik fəaliyyəti nəticəsində illik gəlirlər 9,7 milyard dollar təşkil edir.
Veb saytı tərəfindən hazırlanan Bitcoin Enerji İstehlak indeksi tərəfindən verilən məlumatlar kriptovalyuta mədənçiliksənayesinin nə qədər çox olduğunu göstərir.
Dünyadakı ümumi enerji istehlakının 0.14%-i Bitcoin və Bitcoin Cash üçün istifadə edilir. Bu da Bitcoin ekosisteminin planetdə ən çox elektrik istehlak edən 61-ci bazar olduğunun göstəricisidir.
Araşdırma nəticəsində maraqlı və çox da təəccüblü olmayan bir məlumat da əldə olunub. Bitcoin mədənçiliyi üçün istifadə olunan elektrik enerjisi yalnız noyabr ayında 30 faiz artıb. Bu nəticənin son dövrlərdəki qiymət artımına bağlı olduğu vurğulanır.
Əgər Bitcoin üçün istifadə edilən elektrik səviyyəsi indiki nisbətdə artmağa davam etsə, 2020-ci ildə dünyada hasil olunan bütün enerjinin mədənçilik üçün istifadə edilməsi lazım olacaq.
Yuxarıda ifadə etdiyimiz enerji istehlak məlumatlarına görə, Bitcoin mədənçiliyinin istifadə etdiyi enerji əksər Afrika ölkələrindəkindən artıqdır. “Power Compare” tərəfindən hazırlanan xəritə mədənçilik sənayesindən daha az elektrik xərcləyən ölkələri sarı rəngdə göstərib:
menbe:kripto.az


Hiç yorum yok:
Yorum Gönder